525.Az

Netanyahu İsrail rəsmilərinə Dohaya getməyi tapşırıb


 

Netanyahu İsrail rəsmilərinə Dohaya getməyi tapşırıb<b style="color:red"></b>

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin müzakirəçilərinə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Dohaya getməyi tapşırıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Qərar İsrailin müdafiə naziri İsrael Katzın, təhlükəsizlik xidmətlərinin rəhbərlərinin və ABŞ-nin danışıqlar aparan nümayəndələrinin iştirak etdiyi görüşdən sonra qəbul edilib.

Vurğulanıb ki, Qətərə “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea, Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bara, istefada olan general-mayor Nitzan Alon və siyasi məsləhətçi Ofir Falk gedəcək.

 





11.01.2025    çap et  çap et