525.Az

Livandakı suriyalı məhbuslar ölkələrinə geri qaytarılacaq


 

Livandakı suriyalı məhbuslar ölkələrinə geri qaytarılacaq<b style="color:red"></b>

Beyrut və Dəməşq Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənə qaytarılması ilə bağlı razılığa gəliblər.

525.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Müvafiq qərar Livanın Baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.

“Livan həbsxanalarından bütün suriyalı məhbusların geri qaytarılması, hər iki tərəfin sərhəd təhlükəsizliyinin təmin edilməsi və narkotiklərlə mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub”, - bəyanatda deyilir.

Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə birgə komitələr yaratmaq barədə razılığa gəliblər.

 





12.01.2025    çap et  çap et