525.Az

Meksikada güclü zəlzələ


 

Meksikada güclü <b style="color:red">zəlzələ</b>

Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii hadisənin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

 





12.01.2025    çap et  çap et