525.Az

Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - 9 terrorçu öldürüldü


 

Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - <b style="color:red">9 terrorçu öldürüldü</b>

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Teröristler kendilerini bekleyen sondan kaçamayacak!

Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak’ın kuzeyindeki Pençe-Kilit ve Metina bölgelerinde tespit ettiği 3 PKK’lı terörist ile Suriye’nin kuzeyindeki Fırat Kalkanı ve Barış Pınarı bölgelerinde belirlediği 6 PKK/YPG’li… pic.twitter.com/1tsNWVtw6e

— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 12, 2025

 

 





12.01.2025    çap et  çap et