525.Az

Serbiya Prezidenti Azərbaycana təşəkkür etdi


 

Serbiya Prezidenti Azərbaycana təşəkkür etdi<b style="color:red"></b>

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

525.az xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.

 





12.01.2025    çap et  çap et