525.Az

Dəməşqdə məsciddə basabas - 3 ölü


 

Dəməşqdə məsciddə basabas - <b style="color:red">3 ölü</b>

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Umayya məscidində baş vermiş basabas nəticəsində 3 nəfər həyatının itirib. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün cümə namazından sonra baş verib.

İnsanlar arasında səbəbi bilinməyən təşviş məscidin çıxışında basabasa səbəb olub. Onlarla insan xəsarət alıb. Onlardan 3 qadın həyatını itirib.

Qeyd edək ki, xəsarət alanlardan 5-i azyaşlıdır.

L.Tağıyeva

 





12.01.2025    çap et  çap et