525.Az

İranın XİN rəhbəri BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi ilə görüşüb


 

İranın XİN rəhbəri BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi ilə görüşüb<b style="color:red"></b>

İranın Xarici İşlər Naziri Seyid Abbas Araqçi Tehranda BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Hans Grundberqlə görüşüb.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Araqçı, İran İslam Respublikasının Yəməndə vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş BMT-nin rolu və səylərini dəstəklədiyini bir daha vurğulayıb.

BMT-nin Yəmən üzrə Xüsusi Nümayəndəsi isə İran İslam Respublikası ilə davamlı məsləhətləşmə və dialoqun vacibliyini qeyd edib.

 





12.01.2025    çap et  çap et