525.Az

Juninyo bu gün Azərbaycanı tərk edir


 

Juninyo bu gün Azərbaycanı tərk edir<b style="color:red"></b>

Juninyo bu gün “Qarabağ”ın düşərgəsini tərk edir.

525.az xəbər verir ki, bu barədə Brazliyanın bir neçə media qurumu məlumat yayıb. Bildirilir ki, 28 yaşlı hücumçu paytaxt Rio-de-Janeyroya yollanacaq. O, “Flamenqo” üçün tibbi müayinədən keçəcək, bundan sonra tərəflər arasında müqavilə imzalanacaq.

Müqavilənin 2028-ci ilin sonuna qədər bağlanacağı nəzərdə tutulub. Bundan sonra Juninyo ABŞ-da təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinı qoşulacaq. 

“Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. Məbləğ Ağdam klubuna hissə-hissə ödəniləcək.

 





13.01.2025    çap et  çap et