525.Az

Azərbaycanlı FİFA referisi təyinat alıb


 

Azərbaycanlı FİFA referisi təyinat alıb<b style="color:red"></b>

Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb.

525.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsində fevralın 1-də keçiriləcək Danimarka - Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudur (Finlandiya).

 





13.01.2025    çap et  çap et