525.Az

Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - 15 ölü


 

Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - <b style="color:red"> 15 ölü</b>

Yəməndə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış azı 15 nəfərin həyatına son qoyub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən  Bayde əyalətinin Zaher rayonunda baş verib.

Partlayış zamanı 67 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 40-nın vəziyyəti ağırdır. Daha bir neçə nəfərin itkin düşməsi ehtimalı var.

Qeyd edək ki, səbəbi hələlik dəqiq bilinməyən partlayışda ölənlərin sayının artacağı istisna edilmir.

L.Tağıyeva

 





13.01.2025    çap et  çap et