525.Az

Azərbaycan - Yunanıstan matçının hakimləri açıqlandı


 

Azərbaycan - Yunanıstan matçının hakimləri açıqlandı<b style="color:red"></b>

Azərbaycan futzal millisinin Avro-2026-nın əsas mərhələsinin Bakıda Yunanıstana qarşı keçirəcəyi oyunu üçün hakim təyinatlar bəlli olub.

QOL.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.

Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.

 





13.01.2025    çap et  çap et