525.Az

Ermənistan Maliyyə Nazirliyi: Aİİ-dən çıxmağın ölkə üçün böyük riskləri ola bilər


 

Ermənistan Maliyyə Nazirliyi: Aİİ-dən çıxmağın ölkə üçün böyük riskləri ola bilər<b style="color:red"></b>

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışın risklərini qiymətləndirir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vahe Ovannisyan bildirib.

"Bizim müxtəlif hesablamalarımız var. Bütün riskləri, o cümlədən bu məsələ ilə bağlı riskləri qiymətləndiririk. Çoxlu risklər var", - nazir deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi müxtəlif ssenarilər müzakirə edir.

"Bu bizim işimizdir. Aİİ-dən çıxmaq, əgər bu gün baş verərsə, risklərlə müşayiət olunacaq", - nazirlik rəhbəri qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmədiyini bildirib.

 





13.01.2025    çap et  çap et