|
|
|
|
Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım Mərkəzi (KSrelief) tərəfindən sayca 10-cu yardım təyyarəsi Suriyaya göndərilib.
525.az SPA agentliyinə istinadən xəbər verir ki, yardıma qida məhsulları, sığınacaq və tibbi ləvazimatlar daxildir.
Bu, Səudiyyə Ərəbistanının böhranlar zamanı dünyada ehtiyacı olanlara dəstək göstərmək üçün humanitar mərkəzi olan KSrelief vasitəsilə ardıcıl yardım səylərinin davamıdır.
Pərvanə Sultanova