525.Az

Rusiyada hərbi hospitalda yanğın baş verib


 

Rusiyada hərbi hospitalda yanğın baş verib<b style="color:red"></b>

Rusiyanın Tula şəhərində hərbi hospitalda yanğın baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binası yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın üçüncü mərtəbədə baş verib.

Qeyd edək ki, yanğının baş verdiyi bina tarixidir.1870-ci ildən Tulada ilk qızlar gimnaziyası bu binada yerləşib. Böyük Vətən Müharibəsi illərində burada xəstəxana yaradılıb. Hazırda isə bu binada Rusiya Hava Desant Qüvvələrinin 39-cu tibbi dəstəsi yerləşir.

 

 





13.01.2025    çap et  çap et