525.Az

Putin və Pezeşkian danışıqlar aparacaq


 

Putin və Pezeşkian danışıqlar aparacaq<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin yanvarın 17-də Moskvada rəsmi səfərdə olacaq İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.

525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, ticarət-sərmayə, nəqliyyat-logistika, humanitar sahələrdə, o cümlədən regional və beynəlxalq gündəlikdəki aktual məsələlər müzakirə olunacaq”, - məlumatda deyilir.

Putin və Pezeşkian Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaqlar.

Pərvanə Sultanova

 





13.01.2025    çap et  çap et