525.Az

Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib


 

Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib<b style="color:red"></b>

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.Baş nazir A.Koştanı yüksək vəzifəyə eçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.

N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar.

 





13.01.2025    çap et  çap et