525.Az

Yaponiyada 6,6 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi elan edilib


 

Yaponiyada 6,6 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi elan edilib<b style="color:red"></b>

Yaponiyanın Kyuysu adasının şərq sahilində Filippin dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

ABŞ Geoloji Xidməti zəlzələni 6,9 maqnitudada qiymətləndirib.

Zəlzələnin episentri Miyadzaki prefekturasının yaxınlığında 30 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra Yaponiya hakimiyyəti Miyadzaki və Koti prefekturaları üçün sunami təhlükəsi elan edib. Hakimiyyət insanları dənizdən uzaq durmağa və sahil xəttindən uzaqlaşmağa çağırır.

 





13.01.2025    çap et  çap et