525.Az

Kilan Lebon “Neftçi”dən getdi


 

Kilan Lebon “Neftçi”dən getdi<b style="color:red"></b>

“Neftçi” Kilan Lebonla yollarını ayırıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Neftçi” futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

 





14.01.2025    çap et  çap et