|
|
|
|
Almaniyanın müdafiə naziri Boris Pistorius gözlənilmədən Ukraynaya səfər edib.
525.az “N-tv” telekanalına istinadən xəbər verir ki, o, Ukraynaya gələcəkdə veriləcək dəstəyi müzakirə etmək üçün Kiyevə gəlib.
“Müdafiə naziri Pistorius çərşənbə axşamı səhər saatlarından Kiyevdədir. O, Ukrayna hakimiyyəti ilə hərbi yardımın davamını müzakirə etməyi, eləcə də yerlərdə mövcud vəziyyətlə tanış olmağı planlaşdırır”, - deyə telekanal xəbər verir.
İbrahim Cəfərov