|
|
|
|
Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstan, Özbəkistan, Türkiyə, İsrail və Azərbaycana yeni səfirlər təyin edib.
525.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Bildirilir ki, Dmitri Pineviç Belarusun Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiridir. O, daha əvvəl Belarusun səhiyyə naziri olub.
Xatırladaq ki, 2020-ci ilin noyabrından Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov olub.
İbrahim Cəfərov