525.Az

Sergey Lavrov Ermənistana Aİ-yə qoşulmaqla bağlı qərarını hərtərəfli ölçüb-biçməyi məsləhət görüb


 

Sergey Lavrov Ermənistana Aİ-yə qoşulmaqla bağlı qərarını hərtərəfli ölçüb-biçməyi məsləhət görüb<b style="color:red"></b>

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi ölkənin suveren qərarıdır.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya diplomatiyasının rəhbəri İrəvana bu məsələni hərtərəfli ölçüb-biçməyi tövsiyə edib.

"Ermənistan hökuməti istənilən beynəlxalq ittifaqa qoşulmaqla bağlı qərar vermək hüququna malikdir. Lakin o bunu ciddi şəkildə ölçüb-biçməli və nəticələrə görə məsuliyyət daşımalıdır", - siyasətçi bildirib.

Onun sözlərinə görə, Ermənistan eyni vaxtda həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz.

 





14.01.2025    çap et  çap et