525.Az

Emre Belözoğlu bu klubu çalışdıracaq


 

Emre Belözoğlu bu klubu çalışdıracaq<b style="color:red"></b>

"Antalyaspor"un yeni baş məşqçisi bəlli olub.

QOL.az "TRT Spor"a istinadən xəbər verir ki, komandanı Emre Belözoğlu çalışadaracaq. O, bu vəzifədə "Fənərbaxça"da birgə çıxış etdiyi  Aleks de Souzanı əvəzləyəcək.

Yaxın vaxtlarda klubdan bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Son olaraq "Ankaragücü"nü çalışdıran Emre Belözoğlu 2024-cü ilin iyul ayından işsizdir. Türkiyə millisinin sabiq üzvü "Başakşehir" və "Fənərbaxça" nın da baş məşqçisi olub.

 





14.01.2025    çap et  çap et