525.Az

"Real"ın şikayəti rədd edildi


 

"Real"ın şikayəti rədd edildi<b style="color:red"></b>

"Real"ın Vinisius Juniorla bağlı apellyasiyası şikayəti rədd edilib.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun 2 oyunluq diskvalifikasiyası qüvvədə qalıb.

Vinisius "Valensiya" ilə oyunda rəqib qapıçısına etdiyi hərəkərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Madrid klubu bu qərara etiraz etsə də, onların tələbi qəbul olunmayıb.

"Real"ın 15 gün ərzində İdman Adminstrasiya Məhkəməsinə müraciət etmək hüququ var.

Qeyd edək ki, 25 yaşlı futbolçu La Liqanın "Las-Palmas" və "Valyadolid"lə görüşlərində meydana çıxa bilməyəcək.

 





14.01.2025    çap et  çap et