525.Az

Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır


 

Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır<b style="color:red"></b>

Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi İran parlamenti tərəfindən ratifikasiya edilməlidir və 20 il müddətinə bağlanır.

525.az “Report” -a istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

"Müqavilə imzalandıqdan sonra İran parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra sənəd 20 il müddətində qüvvədə olacaq", - diplomat qeyd edib.

Səfir müqavilənin avtomatik uzadılması imkanının nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.

 





14.01.2025    çap et  çap et