525.Az

Seulda 3 qəzada 100-dən çox avtomobil toqquşdu


 

Seulda 3 qəzada 100-dən çox avtomobil toqquşdu<b style="color:red"></b>

Bu gün səhər 2 saat ərzində Seul ətrafında onlarla avtomobilin iştirakı ilə 3 yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzalara səbəb yolların buz bağlaması olub.

Silsilə qəzalar nəticəsində 105 avtomobil zərər görüb. 

44 avtomobilin iştirakı ilə ilk qəza 05:15-də "Çayuro" trassında baş verib. 35 dəqiqə sonra elə həmin ərazidə 43 avtomobil bir-biri ilə toqquşub. 1 saat sonra isə Seul-Munsan yolunda 18 avtomobil buzlu yolların "qurbanı olub".

Qeyd edək ki, qəzalar sözügedən yollarda uzunmüddətli tıxaca səbəb olub. Ümumilikdə 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölüm olmasa da, 1 nəfərin vəziyyəti ağırdır.

L.Tağıyeva

 





14.01.2025    çap et  çap et