525.Az

Lvovun enerji infrastrukturuna zərbələr endirilib


 

Lvovun enerji infrastrukturuna zərbələr endirilib<b style="color:red"></b>

Rusiya qoşunları Lvovun enerji infrastrukturuna zərbələr endirib.

525.az xəbər verir ki, bu barədə mer Andrey Sadovıy məlumat verib.

“Səhər hücumu zamanı bölgədə düşmənin qanadlı raketləri aşkarlanıb. Onlar bölgəmizin və Ukraynanın enerji infrastrukturuna zərbələr endirib”, - deyə A.Sadovıyın paylaşımında qeyd olunub.

Mer əlavə edib ki, hücuma baxmayaraq, Lvovda elektrik enerjisi kəsilməyib.

İbrahim Cəfərov

 





15.01.2025    çap et  çap et