525.Az

Erməni politoloq ABŞ-la imzalanan sazişi tənqid edib


 

Erməni politoloq ABŞ-la imzalanan sazişi tənqid edib<b style="color:red"></b>

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması ilə bağlı mənasız ictimai entuziazm reallığa deyil, saxta illüziyaya əsaslanır.

525.az xəbər verir ki, bu barədə erməni politoloq Varujan Qeqamyan deyib.

O qeyd edib ki, sonuncu dəfə belə ictimai ruh yüksəkliyi müharibədən əvvəl, 2018-2020-ci illərdə olub: “O vaxt olduğu kimi, bu gün də bu əsassız həvəsin mənbəyi reallıq deyil, 2020-ci ilin hərbi fəlakətinin və sonradan Ermənistan dövlətinin tənəzzülünün günahkarları olan eyni adamlar tərəfindən böyük güclə formalaşdırılan saxta illüziyadır. Nəticə bu dəfə də əvvəlki kimi olacaq, axırda erməni xalqı ya itirilmiş, ya da aldanmış xalq olaraq qalacaq”.

Pərvanə Sultanova

 





15.01.2025    çap et  çap et