525.Az

Çox yatmağın zərərləri


 

Çox yatmağın zərərləri<b style="color:red"></b> Alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub ki, həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir.
 
525.az-ın “Milli.az”-a  istinadən məlumatına görə, Uorvik universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatan adamlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatan adamlarda da analoji problemlər ortaya çıxıb.
 
Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappussio deyir ki, yalnız doğru miqdarda yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər:
 
"Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir".  Optimal yuxu ahıl yaşlarındakı insanların beyinlərinin funksiyasını normada saxlayır.
 





25.11.2014    çap et  çap et