525.Az

Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik


 

Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik<b style="color:red"></b>

“Bir millət, iki dövlət” şüarı və “tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşıb edilib.

Qeyd olunub ki, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təlimində iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri Türkiyəyə gediblər.

Onları Həsrət körpüsündə Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığı qarşılayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasiminin baş tutduğu barədə məlumat yaymışdı.

 





16.01.2025    çap et  çap et