Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada Marburq virusu səbəbindən 8 nəfərin həyatını itirdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, ÜST-dən verilən məlumata görə, Tanzaniyada ölümcül Marburq virusu epidemiyası yayılıb və bu virusun ölkə və bölgədə daha da yayılma riski olduğu vurğulanıb.
Açıqlamada Tanzaniyanın Kagera bölgəsində başlayan epidemiya barədə üzv ölkələrin məlumatlandırıldığı və 9 şübhəli hadisənin araşdırıldığı qeyd olunub.
ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus isə X sosial media platformasında paylaşım edərək yaxın günlərdə daha çox hadisənin qeydə alınacağını gözlədiklərini bildirib.
"Xəstəliklərin nəzarəti yaxşılaşdıqca daha çox hadisənin qeydə alınacağını gözləyirik. ÜST Tanzaniya hökumətinə və təsirlənmiş icmalara hərtərəfli dəstək təklif edib," - deyə Ghebreyesus vurğulayıb.
Malik Atilay
çap et