525.Az

Malidə 20-dən çox terrorçu zərərsizləşdirilib


 

Malidə 20-dən çox terrorçu zərərsizləşdirilib <b style="color:red"></b>

Mali silahlı qüvvələri ölkənin mərkəzində terrorçulara qarşı bir neçə uğurlu əməliyyat keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb.

Əməliyyatlar Foto, Berdossu və Tin-Tates rayonlarında aparılıb, 20-ə yaxın terrorçunun öldürülüb, onlara məxsus silah-sursatın müsadirə olunub.

Qeyd edək ki, məlumatda ölkədə fəaliyyət göstərən terrorçuların hamısının məhv ediləcəyi və asayişin tezliklə bərpa olunacağı da bildirilib.

L.Tağıyeva

 





15.01.2025    çap et  çap et