525.Az

Bolqarıstanda 2 qatar toqquşdu, ölənlər var


 

Bolqarıstanda 2 qatar toqquşdu, ölənlər var<b style="color:red"></b>

Paytaxt Sofiya yaxınlığında 2 yük qatarı toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 16:00-da Kremikovtsi və Svetovraçene stansiyaları arasında baş verib.

"Kəllə-kəlləyə gələn" qatarlarda yanğın baş verib. Əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. 

Qəza nəticəsində 2 nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə baş verən yolda qatarların hərəkəti tam dayandırılıb. Qəzanın səbəbləri araşdırılır.

L.Tağıyeva

 





15.01.2025    çap et  çap et