525.Az

Ukrayna: Şimali Koreyanın 2 əsgərini əsir götürdük


 

Ukrayna: Şimali Koreyanın 2 əsgərini əsir götürdük<b style="color:red"></b>

Ukrayna prezidenti Vladimir Zelenski ordusunun Rusiyanın Kursk bölgəsində iki Şimali Koreya əsgərini əsir götürdüyünü açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabındakı paylaşımında iki yaralı əsgərin Kiyevə gətirildiyini bildirib.

“Bütün məhbuslar kimi, bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilib" deyilib. Zelenski qeyd edib ki, onların ifadələri Ukrayna Təhlükəsizlik Xidmətinin müfəttişləri tərəfindən alınıb.

Malik Atilay 

 





15.01.2025    çap et  çap et