525.Az

Ciddi siyasətçilər Ukraynanın NATO-ya daxil olmasını istəmirlər - Vipler


 

Ciddi siyasətçilər Ukraynanın NATO-ya daxil olmasını istəmirlər - <b style="color:red">Vipler</b>

Ciddi siyasətçilər Ukraynanın NATO-ya daxil olması barədə düşünmürlər, çünki belə bir ssenari Rusiya ilə münaqişəyə gətirib çıxaracaq.

525.az xəbər verir ki, bunu polşalı deputat Pşemıslav Vipler deyib.

“Bir çox ciddi siyasətçilər, o cümlədən ABŞ prezidenti Co Bayden indi Ukraynanın NATO-ya üzvlüyünü təsəvvür edə bilmirlər”, - o əlavə edib.

Polşalı deputat deyib ki, rəhbərlik etdiyi Konfederasiya partiyası Kiyevin NATO-ya qoşulmasının əleyhinədir. Bunun qarşısını almaq üçün əllərindən gələni etməyə hazırdırlar.

Bu yaxınlarda ABŞ-ın hazırkı prezidenti Co Bayden 2022-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə söhbətlərinin birində ona Ukraynada nüvə silahı yerləşdirməyəcəyini və respublikanın NATO-ya üzvlüyünə imkan verməyəcəyini vəd etdiyini xatırladıb.

Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya ölkənin NATO-ya daxil olmasına icazə vermir.

Pərvanə Sultanova

 





17.01.2025    çap et  çap et