525.Az

Səudiyyə Ərəbistanı suriyalılara yardımı davam etdirir


 

Səudiyyə Ərəbistanı suriyalılara yardımı davam etdirir<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım Mərkəzi (KSrelief) öz ölkələrindəki suriyalılara və İordaniyaya sığınanlara dəstək göstərməyə davam edir.

525.az Səudiyyə mətbuatına istinadən xəbər verir ki, İdlibin Sarmada şəhərində KSrelief-in 2025-ci ildə Suriya xalqına yardım layihəsinin ikinci mərhələsi çərçivəsində sakinlərə 1047 ərzaq bağlaması və 1047 sağlamlıq dəsti paylanıb.

Əs-Suveydada isə KSrelief ailələrə 600 yemək bağıaması və sığınacaq dəsti təqdim edib.

Hələb əyalətinin Cindires şəhərində 932 nəfərə təsdiq edilmiş mağazalardan qış geyimləri almaq üçün alış-veriş çekləri verilib. Yardım Suriyada builki Kanaf qış geyimlərinin paylanması layihəsinin bir hissəsidir.

Ksrelief, həmçinin Kanaf layihəsinin üçüncü mərhələsi çərçivəsində suriyalı qaçqın ailələrinə və Maan, İrbid və Madabadada icmalara alış-veriş çekləri paylayıb.

Bundan əlavə, benefisiarlar – 365 ailədən olan təxminən 2200 nəfər İordaniyanın üç qubernatorluğunda təyin olunmuş mağazalardan qış paltarları ala biləcəklər.

Pərvanə Sultanova

 





17.01.2025    çap et  çap et