525.Az

Pezeşkian: Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq


 

Pezeşkian: Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq<b style="color:red"></b>

Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Pezeşkian cümə günü Moskvada Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə deyib.

"Əminəm ki, bu müqavilə ikitərəfli münasibətlərimizdə yeni möhkəm səhifə açacaq", - o bildirib.

M.Pezeşkian əlavə edib ki, Tehran İranla Rusiya arasında ən yüksək səviyyədə əldə olunacaq bütün razılaşmaları yerinə yetirməkdə qərarlıdır.

 





17.01.2025    çap et  çap et