525.Az

“Qarabağ” qələbə ilə başladı


 

“Qarabağ” qələbə ilə başladı<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 25 günlük qış fasiləsi başa çatıb. 

QOL.az xəbər verir ki, bununla da çempionatın ikinci - həlledici hissəsi start götürüb.

19-cu turun ilk oyun günündə 1 matç keçirilib.

2025-ci ilin ilk oyununda lider "Qarabağ" 7-ci yerdəki "Şamaxı"nı qəbul edib. Oyun Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Bu komandalar arasında cari mövsümün əvvəlki görüşlərində Ağdam təmsilçisi 1:0 və 3:0 hesablı qələbələr qazanıb.

17 yanvar

19:00. “Qarabağ” – “Şamaxı” - 3:2

Qol: Nəriman Axundzadə, 4 (1:0), Belajdi Pusi, 14 (1:1), Aleksey Kaşuk, 29 (2:1), Brahim Konate, 39 (2:2), Cəlal Hüseynov, 71 - avtoqol (3:2)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Eyyub İbrahimov.

Tofiq Bəhramov adına Respublika stadionu

18 yanvar

16:00. “Zirə” – “Araz-Naxçıvan”

18:30. “Sumqayıt” – “Səbail”

19 yanvar

16:00. “Kəpəz” – “Turan Tovuz”

18:30. “Neftçi” – “Sabah”

 





17.01.2025    çap et  çap et