525.Az

11 aylıq övladını döydü, həbs olundu


 

11 aylıq övladını döydü, həbs olundu<b style="color:red"></b>

Rusiyanın Omsk vilayətində 19 yaşlı qadın 11 aylıq övladını xüsusi amansızlıqla döydüyünə görə həbs olunub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən bazar Kormilovsk rayonunda baş verib.

Əvvəllər də məhkum olunmuş Krasilnikova soyadlı qadın  körpəyə çoxsaylı bədən xəsarətləri yetirdiyinə görə 2 aylıq saxlanılıb. 

Qeyd edək ki, günahı sübuta yetiriləcəyi təqdirdə qəddar ananı 10 ilə kimi həbs cəzası gözləyir.

L.Tağıyeva

 





18.01.2025    çap et  çap et