525.Az

Çinin əhalisi 2024-cü ildə də azalmağa davam edib


 

Çinin əhalisi 2024-cü ildə də azalmağa davam edib<b style="color:red"></b>

Çin əhalisinin 2024-cü ildə 1,39 milyon nəfər azalması ilə əvvəlki 2 ildəki azalma tendensiyası davam edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə enib.

Ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023 və 2024-cü illərdə də davam edib.

Qeyd edək ki, Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 

Malik Atilay

 





17.01.2025    çap et  çap et