ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumda böyük ərazi uğurları əldə edə və NATO-nu parçalaya bilməyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden Virciniyadakı Myer Hernderson bazasında Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən onun üçün təşkil edilən hərbi vida mərasimində iştirak edib.
Buradakı çıxışında Bayden Əfqanıstandan Ukraynaya və Yaxın Şərqə kimi dünyanın müxtəlif yerlərində xidmət edən əsgərlərə təşəkkür edərək, ABŞ ordusunun “dünya tarixinin ən böyük döyüş qüvvəsi” olduğunu müdafiə edib.
Bayden ABŞ ordusunun Əfqanıstandakı ən uzun müharibəsini başa vurduqdan sonra Rusiyanın Ukraynanı işğal etdiyini və İkinci Dünya Müharibəsindən sonra "Avropada ən böyük müharibəni" başlatdığını iddia edib.
Malik Atilay
çap et