525.Az

NATO: Polşa hava məkanını qorumaq üçün 2 F-35 havaya qalxıb


 

NATO: Polşa hava məkanını qorumaq üçün 2 F-35 havaya qalxıb<b style="color:red"></b>

NATO çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olmasından sonra ölkədə yerləşdirilən iki Norveç F-35 qırıcısının havaya qalxdığını bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında yer alan paylaşımda, yanvarın 15-də çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.

Cavab olaraq yazıda ölkədə yerləşdirilən iki Norveç F-35-in havaya qalxdığı qeyd edilib və əlavə edilib: "Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirib". 

Malik Atilay 

 





17.01.2025    çap et  çap et