Ötən gün Bakı-Balakən qatarı 100 faiz doluluqla yola düşüb. Tələbata uyğun olaraq qatara daha bir vaqon əlavə edilib.
Bu barədə 525.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd edilib ki, bazar günü Balakən-Bakı qatarlarında da yüksək doluluq qeydə alınır.
“Bu, sərnişinlərin xüsusilə həftəsonu səfərlər üçün Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara üstünlük verdiyinin göstəricisidir. Sərnişinlərimiz yataq tipli gecə qatarları ilə rahat və təhlükəsiz səfər etməklə yanaşı, həm də gündüz saatlarına maksimum qənaət etməyi seçirlər” - ADY-dən əlavə edilib.