525.Az

“Zirə” qalib gələrək 3-cü yerə yüksəldi


 

“Zirə” qalib gələrək 3-cü yerə yüksəldi<b style="color:red"></b>

Misli Premyer Liqasında 19-cu turun matçları davam edir.

525.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşmadan 1-i keçirilib. 

Əvvəlcə “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, Naxçıvan klubu 39 xalla turnir cədvəlində ikinci yerdədir. Qəsəbə təmsilçisi isə 33 xalla ən azı sabahkı "Kəpəz" - "Turan Tovuz" matçına qədər 3-cü yerə yüksəlib.  

Günün ikinci oyununda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edəcək. 

18 yanvar

16:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:0 

Qol: İsmayıl İbrahimli, 4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Şirmamed Mamedov
Zirə İdman Kompleksinin stadionu

18:30. “Sumqayıt” - “Səbail”
Hakimlər:
 İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 yanvar

16:00. “Kəpəz” - “Turan Tovuz”

18:30. “Neftçi” - “Sabah”

17 yanvar

“Qarabağ” - “Şamaxı” - 3:2

 





18.01.2025    çap et  çap et