525.Az

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir


 

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir<b style="color:red"></b>

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın Ayn Əl Arap (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.

Bildirilib ki, Şanlıurfanın Aligör məhəlləsindən keçən hərbi konvoyun bir hissəsi Suriya sərhədinə çatıb.

Ağır texnikaların görüntüləri də portalda dərc edilib.

 





19.01.2025    çap et  çap et