525.Az

Mahir “sarı” aldı, komandası qalib gəldi


 

Mahir “sarı” aldı, komandası qalib gəldi<b style="color:red"></b>

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda bu gün 18-ci turda öz meydanında “Karlsrue” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Nürnberq"dən Tsimas (37) və Flik (90+1), "Karslue"dən isə Shleusener (40) fərqlənib.

M.Emreli matça əsas heyətdə çıxıb. O, 45+2-ci dəqiqədə sarı vərəqə alıb. O, 71-ci dəqiqədə isə Şleymerlə əvəzlənib.

Qeyd edək ki, “Nürnberq” 18 turdan sonra 25 xalla 11-ci pillədə qərarlaşıb. “Karlsrue” isə 29 xalla 6-cıdır.

 





19.01.2025    çap et  çap et