525.Az

Numan Kurtulmuş: 20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canlarını veriblər


 

Numan Kurtulmuş: 20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canlarını veriblər<b style="color:red"></b>

20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçiblər.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş hadisələrin 35-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Siyasətçi şəhidlərin xatirəsini dərin ehtiramla yad etdiyini və qardaş Azərbaycan xalqının dərdinə ürəkdən şərik olduğunu vurğulayıb.

“Biz bundan sonra da “bir millət, iki dövlət” prinsipinə əməl edərək Azərbaycanla həm sevincdə, həm də kədərdə birliyimizi qoruyub saxlayacağıq”, - o yazıb.

 





20.01.2025    çap et  çap et