525.Az

FIDE nüfuzlu şahmat yarışının hansı ölkədə keçiriləcəyini açıqlayıb


 

FIDE nüfuzlu şahmat yarışının hansı ölkədə keçiriləcəyini açıqlayıb<b style="color:red"></b>

Kişi və qadınlar arasında nüfuzlu "Grand Swiss" turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

Yarış sentyabrın 3-15-i aralığında Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.

Qadınlar və kişilərin mübarizəsində ilk 2 yeri tutanlar 2026-cı ildə baş tutacaq İddiaçılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.

 





20.01.2025    çap et  çap et