525.Az

Latviyada müdafiə xərcləri ÜDM-in 5%-nə qədər artırıla bilər


 

Latviyada müdafiə xərcləri ÜDM-in 5%-nə qədər artırıla bilər<b style="color:red"></b>

Latviyada müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırmaq məqsədi ilə yaxın gələcəkdə dövlət büdcəsində vəsaitlərin optimallaşdırılacağı açıqlanıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

“Bu, xərclərin azaldılması ilidir. İxtisarların qəbuledilməz olduğu yeganə sahə təhlükəsizlikdir. Bəzi xərcləri azaltmaqla həll yollarını tapmalı olacağıq”, - o qeyd edib.

Rinkeviçsin sözlərinə görə, bu məsələ ABŞ ilə danışıqlardan asılı olacaq.

Qeyd olunub ki, hazırda Latviya müdafiə sənayesinin tələbatı artıq ÜDM-in 4%-ni keçir.

 





20.01.2025    çap et  çap et