525.Az

Britaniyada əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün beyin implantı sınaqdan keçiriləcək


 

Britaniyada əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün beyin implantı sınaqdan keçiriləcək<b style="color:red"></b>

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti insanın əhval-ruhiyyəsini yaxşılaşdıra biləcək beyin implantını sınaqdan keçirəcək.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

“Aparatlar depressiya, narkomaniya, obsesiv-kompulsiv pozğunluq və epilepsiya kimi xəstəlikləri olan xəstələrə kömək etmək potensialına malik ola bilər”, - nəşr qeyd edib.

Qurğu neyron qruplarını “işə salmaq” üçün xüsusi ultrasəs impulsları ötürəcək. Onun təhlükəsizliyi və dözümlülüyü təxminən 30 xəstədə yoxlanılacaq.

 





20.01.2025    çap et  çap et