525.Az

Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub


 

Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsində Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasına dair qətnamənin razılaşdırılması üçün keçiriləcək Aİ şurasında iclasın günü məlum olub.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, iclas yanvarın 24-ə təyin edib.

Təşəbbüs daimi nümayəndələr tərəfindən təsdiqlənərsə, diplomatik və xidməti pasportlara malik Gürcüstan diplomatları, rəsmi şəxsləri və onların ailələri üçün Aİ-yə istənilən 180 günlük dövrdə 90 günə qədər qısamüddətli səfərlər üçün viza tələb ediləcək.

Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasını təklif etmişdi.

 





20.01.2025    çap et  çap et